Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

15.05.2025 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

Mayın 16-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 15-dən 16-na keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 13-16°, gündüz 17-20° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Rayonların bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-15°, gündüz 20-24° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş