Şəhid ailəsi üzvləri və qazilərə xəbər var

Cəmiyyət

07.07.2021 - 17:51

Həkimlər Klinikalar SEO Xidməti

Məşğulluqla bağlı müraciət forması açıqlanıb

 

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.

 

Dövlət Məşğulluq Xidmətindən AYNA-ya bildirilib ki, marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər linkə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

 

Qeyd edək ki, artıq marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər də bu məqsədlə vakansiyalarını linkə daxil olmaqla göndərə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş