Mehriban Əliyevadan İlham Əliyevə doğum günü təbriki

Cəmiyyət

24.12.2019 - 10:38

“Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir”

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. AYNA xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində paylaşılan təbrikdə deyilir:

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.

 

Bu əlamətdar gündə Prezidentimizə möhkəm can sağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!”.

 

Qeyd edək ki, bu gün İlham Əliyevin 58 yaşı tamam olur.

Müəllif: Ayna.az