“TRIPP təkcə regional əlaqəni təşviq etmir”
“"Tramp marşrutu" üzərində işlərə tezliklə başlanacaq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien bildirib.
O TRIPP-nin “təkcə regional əlaqəni təşviq etmədiyini, həm də Ermənistana ixrac, idxal və birgə təşəbbüslər üçün tərəfdaşları müstəqil seçmək imkanı verdiyini” vurğulayıb.
Onun sözlərinə görə, hazırda Ermənistan və ABŞ memorandumlarda və TRIPP-də nəzərdə tutulan addımları planlaşdıracaq və həyata keçirəcək strukturlar yaratmaq üçün birgə çalışırlar.