İbtidai siniflər həftədə 2-3 dəfə, 5-ci sinifdən yuxarılar isə...

Aktual

27.08.2020 - 17:30

Təhsil naziri orta məktəblərdə tədrisə başlamağın detallarını açıqlayıb

 

“İbtidai siniflər həftədə 2-3 dəfə olmaqla, əyani təhsilə başlayacaq. Birinci siniflərin həftədə üç dəfə dərsə gəlməsində maraqlıyıq”. AYNA xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, yoluxma sayı artarsa, əyani dərs iki dəfəyə salınacaq: “Artmazsa, belə davam edəcək. Beşinci sinifdən doqquzuncu sinifə qədər şagirdlər həm əyani, həm də onlayn tədrisə başlayacaq. Burada da tədris prosesində epidemioloji vəziyyət nəzərə alınmaqla, növbəti mərhələli addımlar müəyyənləşdiriləcək”.

 

“Bütün proseslər qaydasında gedərsə, ümumilikdə 1 milyon 300 min şagirdin uyğunlaşdırılmış formada hissə-hissə tədrisə qaytarılması planlaşdırılır”, - deyə Əmrullayev vurğulayıb.

Müəllif: Ayna.az