TƏBİB-dən rəsmi aydınlıq"/>

ÜST-nin "karantini qaldırın" çağırışına <font color=red> TƏBİB-dən rəsmi aydınlıq</font>

Aktual

18.08.2020 - 19:23

Rəvanə Əliyeva: “ÜST ölkələrə tövsiyə edir ki, sərt karantin rejimi bütün ölkə ərazisində tətbiq edilməsin”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus (COVID-19) infeksiyasına görə tətbiq edilən karantinlə əlaqədar ölkələrə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, ölkələr karantin rejimini aradan qaldıra bilərlər.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva AYNA-ya ÜST-nin müraciətinin mahiyyətini açıqlayıb. Onun sözlərinə görə, ÜST ölkələrə tövsiyə edir ki, sərt karantin rejimi bütün ölkə ərazisində tətbiq edilməsin.

 

“Yəni, ölkənin harasında yoluxma yoxdursa, orada sərt karantinə ehtiyac görülmür. Azərbaycanda bütün ölkə boyu sərt karantin yoxdur. Hansı regionda yoluxma faktı çoxdur, risk varsa, orada sərt karantin tətbiq edilir”, - deyə TƏBİB sözçüsü bildirib.

Müəllif: Ayna.az