Putin: “Təəssüf ki, döyüş əməliyyatları insan tələfatına səbəb oldu”

Aktual

11.01.2021 - 15:32

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, Qafqaz regionunda onsuz da çətin vəziyyəti və terrorizmin yayılma risklərini daha da artırdı”

 

Rusiya Ermənistan və Azərbaycanla olan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini qiymətləndirir. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü açarkən söyləyib.

 

Putin Qarabağda atəşkəsin bərpa olunması ilə bağlı 9 noyabr 2020-ci il Bəyanatının yerinə yetirilməsini müzakirə etmək üçün dəvəti qəbul etdikləri üçün liderlərə təşəkkür edib.

 

"Silahlı qarşıdurmanın başlamasını insanların taleyi üçün narahatlıqla və səmimi qayğı ilə izlədik. Təəssüf ki, genişmiqyaslı döyüş əməliyyatları insan tələfatına səbəb oldu, Qafqaz regionunda onsuz da çətin vəziyyəti və terrorizmin yayılma risklərini daha da artırdı”, - deyə Putin əlavə edib.

 

O, qan tökülməsini dayandırmaq, vəziyyəti sabitləşdirmək və davamlı atəşkəsə nail olmaq üçün Rusiya tərəfinin fəal vasitəçilik səyləri göstərdiyinə görə münaqişə tərəflərinə minnətdarlığını bildirib.

Müəllif: Ayna.az