Seçkilərdə seçici fəallığı 37,27 faiz olub

Xəbərlər

02.09.2024 - 01:50

cedabet dərman SEO Xidməti

MSK sədri səsvermə prosesində seçici fəallığını açıqlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

AYNA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, respublika üzrə seçici fəallığı 37,27 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş