Saxta pul hazırlamaqda təqsirləndirilən Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edilib

Xəbərlər

25.07.2024 - 19:31

cedabet dərman SEO Xidməti

Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında həbs edilib

Saxta pul hazırlamada təqsirləndirilən Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanov ölkəsinə ekstradisiya edilib.

Bu barədə AYNA-ya Azərbaycanın Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, H.Bekcanov 2019-cu ildə beynəlxalq axtarışa verilib və Azərbaycan Respublikası Baş Prokurorluğu onun ölkəsinə verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatətini təmin edilib.

Bildirilib ki, Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında Azərbaycanda müəyyən edilərək həbs edilib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş