"CHEVROLET COBALT" markalı minik avtomobilində ani partlayış baş verib
Abşeron rayonu, Saray qəsəbəsində avtomobildə partlayış olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, "CHEVROLET COBALT" markalı minik avtomobilində ani partlayış baş verib.
Yanğın hadisəsi qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb.