Daha bir kəndlini ayı parçalayıb

Hadisə

18.09.2019 - 17:55

Zərərçəkmişin hər iki kürək nahiyəsində ciddi yaralar aşkarlanıb

 

Qubanın Cimi kənd sakini, 1981-ci il təvvəllüdlü Nərimanov Akif Əlisəfa oğlu ayı hücumuna məruz qalıb. Bu barədə AYNA-ya Quba Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Məlumata görə, tibb müəssisəsinə gətirilən zərərçəkmişin hər iki kürək nahiyəsində ciddi yaralar aşkarlanıb, yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda o, nəzarət altındadır.

 

Qeyd edək ki, bir neçə gün əvvəl İsmayıllı rayonunun Tırcan kənd sakini də ayı hucumuna məruz qalmışdı.

Müəllif: Ayna.az