Şamaxıda yol qəzasında bir ailənin 3 üzvü həlak olub

Hadisə

05.12.2023 - 21:47

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi Şamaxıdakı ağır qəza ilə bağlı məlumat yayıb

Şamaxıda yol qəzasında ölənlərin adları açıqlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər , Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş