Pakistanda dəhşətli qatar qəzası, 60-dan çox insan yanıb

Hadisə

31.10.2019 - 11:56

NDTV telekanalı isə 62 nəfərin öldüyünü bildirir

 

Pakistanın Pəncab əyalətinin şərqində, Qaraçidən Ravalpindi şəhərinə gedən sərnişin qatarında güclü yanğın baş verib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, yanğın qatarın üç vaqonuna yayılıb. 

 

Pakistan dəmiryol naziri Şeyx Rəşid Əhməd yanğın nəticəsində 24 adamın öldüyünü açıqlayıb. Ancaq "Jang" qəzeti 46 nəfərin, NDTV telekanalı isə 62 nəfərin öldüyünü bildirir.

 

Yanğının qaz balonunun partlaması nəticəsində baş verdiyi deyilir.   

Müəllif: Ayna.az