Köpəkbalığı turisti parçalayıb

Hadisə

22.08.2019 - 20:52

Körfəz üzgüçülük üçün müvəqqəti bağlanıb

 

Havay adalarında  istirahət edən  27 yaşlı turistə köpək balığı hücum edib. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, köpəkbalığı qadını iki dəfə dişləyib. Nəticədə turist xəstəxanaya yerləşdirilib.

 

Hadisə avqustun 20-də baş verib. Qadın suda üzən zaman qəfil köpək balığı ona hücum edib. Nəticədə yırtıcı  qadının arxa və sağ budlarını dişləyib. Qadın xəstəxanaya aparılıb və vəziyyəti ağırdır.

 

Körfəz üzgüçülük üçün müvəqqəti bağlanıb, çünki bir çox turist həmin köpəkbalığını yenidən görüb.

Müəllif: Ayna.az