"Görüntülərin Azərbaycan məktəblərindən hansındasa çəkilməsi məsələsi təsdiqini tapmayıb"
Ötən gün sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi ilə bağlı görüntü yayılıb.
Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov AYNA-ya deyib ki, görüntülərin Azərbaycan məktəblərindən hansındasa çəkilməsi məsələsi təsdiqini tapmayıb.
"Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə şahirdlərin sinif otağında dərs zamanı anormal hərəkətləri əksini tapıb.