Sabirabadda yerüstü piyada keçidi inşa edilib

Xəbərlər

25.12.2024 - 20:40

Həkimlər Klinikalar SEO Xidməti

Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır

M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 43-cü kilometrliyində (Sabirabad rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AYNA-ya bildirilib ki, iki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş