Sabirabadda dini mərasim keçirən şəxslər saxlanılıb

Xəbərlər

03.09.2021 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub

 

Sabirabad rayonunda karantin rejimini pozmaqla dini mərasim keçirməyə cəhd edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, dünən gecə saat 22:30 radələrində rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.

 

Polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.

 

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş