Vurğun Əyyubun səhhəti ağırlaşıb

Xəbərlər

22.09.2019 - 23:06

İsmayıl Əyyub: "Vurğun Əyyubun komaya düşməsi barədə xəbərlər həqiqətə uyğun deyil"

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. AYNA xəbər verir ki, bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub bildirib.

 

Bununla belə, o, Vurğun Əyyubun komaya düşməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib. Vurğun Əyyubun səhhətinin ağır olaraq qaldığını qeyd edən İ.Əyyub ailə üzvlərinin media nümayəndələrindən onları tez-tez narahat etməməyi xahiş etdiyini diqqətə çatdırıb.

Müəllif: Ayna.az