Etitazçılar Eldar Mahmudovun, Zakir Qaralovun və Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını tələb ediblər
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun villasının qarşısında etiraz aksiyası keçirilib. AYNA xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda bildirilib ki, keçmiş nazirin Nardarandakı villası qarşısında aksiya keçirənlər vaxtilə MTN tərəfindən həbs olunan şəxslərdir.
Onlar saxta ittihamlarla qanunsuz həbs olunduqlarını və yaxınlarından pul alınaraq azadlığa buraxıldıqlarını bildiriblər.
Aksiya zamanı “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!”, - şüarlar səsləndirilib.
İştirakçılar sabiq nazir Eldar Mahmudovun, sabiq baş prokuror Zakir Qaralov və birinci müavin Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını tələb ediblər. Onların sözlərinə görə, yaxınlarından alınan pulların bir hissəsidə məhz adları çəkən keçmiş vəzifəlilərə çatıb.