Baba və nənədən də aliment tutula bilər - <font color=red> Hansı halda və necə</font>

Cəmiyyət

07.08.2019 - 18:40

Həkimlər Klinikalar SEO Xidməti

Bu, Ailə Məcəlləsinin 89-cu maddəsi ilə tənzimlənir

 

Bu gün təcrübədə, daha çox boşanmış ər-arvad arasında aliment tələbinə rast gəlirik. Əsasən, Aliment məsələsində atanın məsuliyyətə cəlb olunmasına şahid oluruq. Bəzi hallarda isə atanın aliment ödəyə bilməməsi uşağın maddi ehtiytaclarında problem yaradır. Lakin mövcud qanunvericilik alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə imkan verir.

 

Ailə qanunvericiliyinə əsasən isə yetkinlik yaşına çatmayan, ehtiyacı olan, valideynlərindən yardım ala bilməyən uşaqlar baba və nənədən aliment tələb etmək hüququna malikdirlər. Belə hallarda onlar aliment tələbi irəli sürə bilərlər.

 

Hüquqşünas Adəm Məmmədov AYNA-ya açıqlamasında bildirib ki, bu, Ailə Məcəlləsinin 89-cu maddəsi ilə tənzimlənir: “Oğulun ataya, atanın oğula, nənə və babanın nəvəyə aliment ödməsi ilə bağlı qanun var. Əgər qanunvericilikdə valideynlərin və qohumların uşağa baxmaq borcu varsa, belə olan halda nəvə də, övlad da valideynlərə xidmət göstərməyə borcludur”.

Image result for Hüquqşünas Adəm Məmmədov

Hüquqşünas onu da qeyd edib ki, bu təcrübə ölkəmizdə bir o qədər də işlək deyil: “Azərbaycanda təcrübədən keçməyib. Çünki məhkəməyə müraciət edərək bunu tələb edən yoxdur”.

 

“Amma qanunda o da göstərilir ki, əgər nənə və babanın iş qabiliyyəti və əmək fəaliyyəti yoxdursa, aliment ödəyə bilməz”, - deyə hüquqşünas A.Məmmədov vurğulayıb.

 

AYNA-ya danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə düşünür ki, şəxsi aslılıq vəziyyətini nəzərə alaraq bu barədə ətraflı düşünmək olar: “Əgər uşaqlar körpədirsə, yaxud xəstədirsə və ya qadın işləyə bilmirsə, həmin vaxt dəstək məqsədi ilə bu məsələ haqqında götür-qoy etmək olar. Lakin bu, uzun müddət olmamalıdır”.

Image result for mehriban zeynalova

M.Zeynalovanın sözlərinə görə, belə maddələrdə müəyyən mexanizmlər formalaşdırmaq lazımdır: “Çünki qanunun alimenti ömürlük nənə və babaya ödətdirmək haqqı yoxdur. Ola bilsin ki, valideyn alimenti ödəməmək üçün gizlənsin, yaxud ölkədən qaçsın, o zaman bir neçə ay qanun bunu müəyyən bir məsuliyyət hissi formalaşdırmaq üçün qohumluq əlaqəsi olan şəxslərə tətbiq edə bilər”.

 

Birlik sədrinin fikrincə, Dövlət Sosial Müdafiə Fondu da bu məsələyə qarışmalıdır: “Məhkəmə Dövlət Sosial Müdafiə Fonduna bununla bağlı təqdimat yazıb, bu müddət ərzində sosial yardım tələb etməlidir”.

 

“Bir məsələ də var ki, övladlar əksər vaxt valideynlərin basqısı nəticəsində ailə qururlar. Ola bilsin, qanun bunu da nəzərdə tutub. Yəni valideynlərin bu işdə xüsusi rolu olduğu üçün məsuliyyəti də özləri çəkməlidirlər”, - deyə M.Zeynalova əlavə edib.  

 

Məsələ ilə bağlı adı son zamanlar aliment qalmaqalında hallanan yazıçı Murad Könqalanın da fikirlərini öyrəndik.

Image result for Murad Köhnəqala

Yazıçı düşünür ki, bu, düzgün seçim deyil: “Cavabdeh şəxslər kimi valideynlər nəzərdə tutulmalıdır. Sadəcə bizdə məsuliyyətli şəxs kimi ata nəzərdə tutlur deyə, dərhal diqqətlər ona yönəlir. Əgər atanın aliment ödmək kimi öhdəliyi varsa, ananın da işləməyə məcbur olub övladına baxması tələb olunmalıdır”.

 

Yazıçı məslənin qanuni tərəfinə də toxunub: “Ümumiyyətlə, bunun üçün xüsusi icraçı məmurlar olmalıdır. Əgər baba və nənənin imkanı yüksəkdirsə və ata aliment ödəməkdən imtina edirsə, o halda bu qanuna müraciət etmək olar. Yəni ehtiyyat üçün yaxşı seçimdir”.

 

“Lakin belə bir qanun işlək vəziyyətdə olsa, bu hər iki tərəfin valideyinləri üçün nəzərdə tutulmalıdır. Çünki bir tərəf oğlunu evləndirməklə məsuliyyətə girmiş olursa, digər tərəf də qızını ərə verməklə bu məsusliyyətə imza atmış olur” – deyə o, əlavə edib.

Müəllif: Mərahim Nəsib