Dövlət atadan aldığını övlada qaytarsınmı – <font color=red> HAQQ KİMİNDİR?</font>

Cəmiyyət

29.10.2019 - 13:10

“Şəxs illərlə işləyib və onun gəlirindən kapital yığılıbsa, həmin vəsait hissə-hissə və ya birdəfəlik şəkildə onun övladlarına ödənilməlidir”

 

Azərbaycanda pensiya yaş həddi ilə bağlı müzakirələr səngimir. Bəzi araşdırmaçılar orta ömür həddinin aşağı düşdüyün iddia edərək, bunun əksinə olaraq pensiya yaş həddinin qaldırılmasını paradoksal vəziyyət kimi qiymətləndirirlər.

 

Bu günlərdə iqtisadçı-alim Vüqar Bayramov pensiyalarla bağlı diqqətçəkən təkliflər irəli sürüb. O, xüsusilə bu sahədə vərəsəlik prinsipinin tətbiqini vacib hesab edir. Yəni illərlə pensiya ödəmiş şəxs pensiya yaşına çatmadan vəfat edərsə, onun topladığı vəsait varislərinə ödənilsin.

 

Məsələnin hüquqi aspektlərini AYNA-ya şərh edən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bizim qanunvericilikdə əmək pensiyasının ər-arvad vərəsəliyi mövcuddur: “Ərlə arvaddan biri dünyasını dəyişirsə, onun pensiyasını həyat yoldaşı ala bilər. Digər vərəsələr – övladlar isə qanunda nəzərdə tutulmayıb. Amma zərurət varsa, qanuna əlavələr ola bilər”.

Raminə Eyvazqızı