Sabahın havası: külək əsəcək

Xəbərlər

09.11.2025 - 14:59

Bakıda və bölgələrdə havanın yağmursuz keçəcəyi gözlənilir

Noyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş