Bakıda 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik ediləcək
Bakıda iki marşrut avtobusun hərəkət istiqamətləri dəyişdiriləcək. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.
3 nömrəli marşrut: Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.
31 nömrəli marşrut: “İçərişəhər” metrostansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.
Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.