Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

17.07.2024 - 13:44

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

Azərbaycanda iyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Rayonlarda bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş