Bakıda 36 dərəcə isti olacaq
Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 21-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 61 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 21-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.