Sabah Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Xəbərlər

05.09.2024 - 21:12

cedabet dərman SEO Xidməti

"Azəriqaz" İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AYNA-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində pilot layihə çərçivəsində həyata keçiriləcək təmir-quraşdırma işləri ilə əlaqədar, sentyabrın 6-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş