Sabah MSK-nın iclası keçiriləcək

Xəbərlər

14.10.2025 - 17:29

Ramil Həsənin deputat fəaliyyətinə xitam veriləcək

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, iclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Ramil Həsən APA-ya açıqlamasında vəzifəsinin icrasına sabah - oktyabrın 15-dən etibarən başlayacağını bildirib.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş