Bakıda 12 yaşlı uşağın həlak olduğu qəzanın <font color=red> VİDEOSU</font>

Hadisə

31.07.2019 - 16:24

Zərbənin gücündən "Lexus" markalı avtomobil aşıb

 

İyulun 15-də Bakı şəhər sakini R.Həmidov idarə etdiyi “Lexus” markalı avtomobili, yolda texniki nasazlıq ucbatından dayanmış paytaxt sakini Z.Yusubova məxsus “Mercedes” markalı avtomobilə vurub. Nəticədə Z.Yusubovun sərnişinləri olan oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilib, Namiq orada ölüb. Zərbənin gücündən "Lexus" markalı avtomobil aşıb.

 

Baş vermiş hadisənin videogörüntüsü yayılıb. Videodan da göründüyü kimi, "Mercedes" sürət həddi yüksək olan yolda dayanıb və qəza-dayanma işıqlarını yandırmır, müvafiq nişan qoyulmayıb, sadəcə, sürücü əli ilə işarə verərək xəbərdarlıq edir.

 

Lakin "Lexus"un sürücüsü yüksət sürətlə hərəkəti nəzərə almayaraq, heç bir manevr imkanından istifadə etməyərək, arxadan yüksək sürətlə "Mercedes"i vurur. Zərbənin gücündən "Lexus" aşır, "Mercedes"in arxa hissəsi əzilərək "yox olur", avtomobil yoldan çıxaraq bir neçə zolaq sağa gedir və dayanır.

 

AYNA avtosfer.az-a istinadən həmin videonu təqdim edir:

 

Müəllif: Ayna.az