Türkiyə lideri TDT-nin 12-ci Zirvə görüşündə iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.
AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək.