İnsident nəticəsində 4 nəfər həlak olub
Gürcüstanın Rustavi şəhərində bazarda atışma baş verib. AYNA xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Atəşin bazara girərək ticarətçilərə atəş açmağa başlayan naməlum şəxs tərəfindən açıldığı qeyd edilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, insident nəticəsində 4 nəfər həlak olub, yaralılar var. Artıq atəş açan şəxs saxlanılıb.