Diplomat nazirliyə Rusiyanın Estoniyanın Baş naziri Kaja Kallası axtarışda olanlar siyahısına salması ilə bağlı çağırılıb
Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, diplomat nazirliyə Rusiyanın Estoniyanın Baş naziri Kaja Kallası axtarışda olanlar siyahısına salması ilə bağlı çağırılıb.
Xatırladaq ki, dünən Rusiya Daxili İşlər Nazirliyi Estoniya hökumətinin başçısını axtarışa verib. Kallas və dövlət katibi Taimar Peterkop sovet əsgərlərinin abidələrinin dağıdılmasına görə axtarışa verilib.