Rusiyadan Berboka cavab: “Savadsızdır”

Dünya

24.07.2024 - 16:53

Həkimlər Klinikalar SEO Xidməti

Zaxarova: “Berbokun Rusiya haqqında dediyi sözlər onun savadsız olduğunu göstərir”

“Almaniyanın xarici işlər naziri Annalena Barbokun Rusiyanın guya Avropa üçün ən böyük təhlükə olduğunu deməsi onun savadsızlığını göstərir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Birincisi, onun sözləri, əlbəttə ki, standart NATO sənədlərinin surətidir. İkincisi, təhsili zəif olan və təkcə beynəlxalq məsələlərdən deyil, həm də öz tarixindən də az anlayışı olan Burbokun son anti-Rusiya bəyanatlarında təəccüblü heç nə yoxdur. O, məsələn, Nürnberq tribunalının materiallarını yenidən oxumalıdır”, - diplomat qeyd edib.

Zaxarova Almaniya XİN rəhbərinin bu cür bəyanatlarının “Almaniya xalqına zərbə vurduğunu” vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də Annalena Berbok deyib ki, guya Rusiya Avropa və orada inkişaf etmiş dünya üçün ən böyük təhlükədir. O, həmçinin əlavə edib ki, Avropa İttifaqı (Aİ) guya Moskva ilə fərqli münasibət qurmaq istəyir, lakin bu cəhdlər uğursuzluqla nəticələnib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş