Rusiyada son sutkada 5 minə yaxın şəxs COVID-19-a yoluxub

Dünya

16.08.2020 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı 922 min 853-ə çatıb

 

Rusiyada son sutkada 4 min 969 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə infeksiyanın yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

 

Yoluxma daha çox paytaxt Moskvada və Sankt-Peterburqda qeydə alınıb. Son 24 saat ərzində 68 nəfər xəstəlikdən ölüb, 3 min 557 nəfər sağalıb.

 

Ümumilikdə bu günə qədər Rusiyada 922 min 853 COVID-19-a yoluxma halı qeydə alınıb. Ötən dövrdə yoluxanların 15 min 685-i ölüb, 732 min 968 nəfər sağalıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş