Rusiyada ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb
Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.
AYNA-nın məlumatına görə, bu barədə TASS xəbər verib.
Hadisə P-402 avtomobil yolunun 565-ci km-də, Omsk vilayətinin Lyubinski rayonunun Uvalo-Yadrino kəndi yaxınlığında baş verib. Qəzadan sonra hər üç avtomobil yanıb.
Hazırda polis əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün hadisə yerində işləyirlər. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.