Şimal qonşumuzda 10 min 559 nəfər virusa yoluxub, 86 nəfər dünyasını dəyişib
Rusiyada 4 gündür ki, ardıcıl olaraq koronavirusa yoluxanların sayı gün ərzində 10 min nəfərdən çox olur. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, son 24 saat ərzində Şimal qonşumuzda 10 min 559 nəfər virusa yoluxub və 86 nəfər dünyasını dəyişib.
Rusiya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə mayın 3-də 10 min 633, mayın 4-də 10 min 581, dünən 10 min 102, son sutka ərzində isə 10 min 559 nəfərə COVİD-19 diaqnozu qoyulub.
Beləliklə, ölkə daxilində pandemiyaya yoluxanların sayı 155 min 370-dən, 165 min 929-a yüksəlib. Virusa yoluxma sayına görə, yeddinci pillədə qərarlaşan Rusiya, artıq yoluxma sayına görə, Almaniya və Fransaya yaxınlaşıb.