Rusiyada koronavirusdan ölənlərin sayı 59 minə çatır

Dünya

04.01.2021 - 16:15

Son sutka ərzində 482 nəfər virusun qurbanı olub

 

Rusiyada son sutka ərzində daha 23 min 351 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat açıqlayıb.

 

Qeyd edilib ki, bununla da Rusiyada COVID-19-a yoluxanların 3 milyon 260 min 138 nəfərə çatıb. Sutka ərzində 482 nəfər ölüb ki, bununla da qonşu ölkədə virusdan vəfat edənlərin sayı 58 min 988 nəfərə çatıb.

Müəllif: Ayna.az