Koronavirusa yoluxanların sayı artmaqda davam edir
Rusiyada son 24 saat ərzində 95 nəfər koronavirusdan ölüb və ölənlərin sayı 14 min 58-ə yüksəlib. AYNA xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, şimal qonşumuzda son sutka ərzində 5 min 462 nəfərə yeni virus diaqnozu qoyulub və yoluxanların ümumi sayı 845 min 443-ə çatıb.
Qeyd edək ki, Rusiya dünyada koronavirusdan ən çox təsirlənən ölkələr arasında ABŞ, Braziliya və Hindistandan sonra 4-cü yerdədir.