Rusiyada güclü zəlzələ baş verib

Dünya

15.01.2024 - 19:29

Yeraltı təkanlar bir sıra vilayətlərdə hiss olunub

Rusiyada güclü zəlzələ baş verib. AYNA xəbər verir ki, yeraltı təkanlar Buryatiya vilayətinin Kurumkanski rayonunda qeydə alınıb.

Zəlzələ Kurumkanski, Barquzinski, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Udedə hiss olunub.

Hadisə nəticəsində tələfat və dağıntıların olması barədə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş