Son 24 saat ərzində ölkədə 10 min 28 nəfərə koronavirus diaqnozu qoyulub
Son on gün ərzində koronavirusa yoluxma sayının 10 mindən çox olduğu Rusiyada, yoluxma sayı sürətlə artmaqda davam edir. AYNA xəbər verir ki, Baş nazir Mişustin və Kreml sözcüsü Peskovun da virusa yoluxduğu şimal qonşumuzuda 11-ci gün də 10 mindən çox yoluxma sayı ilə yadda qalıb.
Rusiya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, son 24 saat ərzində ölkədə 10 min 28 nəfərə koronavirus diaqnozu qoyulub.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 242 min 271-ə yüksəlib və Rusiya Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanı keçərək yoluxma sayına görə, üçüncü yerdə qərarlaşıb.
Bununla yanaşı, son sutka ərzində ölənlərin sayı da artaraq 2212 nəfər çatıb.