Aleksandr Qruşko: “Avropanın təhlükəsizliyinin maraqları bu gün NATO-ya rəhbərlik edənləri az maraqlandırır”
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun elan etdiyi “Sabit müdafiəçi-2024” təlimlərinin hərbi insident riskini artırdığını deyib. AYNA bu barədə “RİA Novosti”yə istinadən bildirir.
Diplomatın fikrincə, bu miqyaslı hər hansı hadisə təhlükəsizlik vəziyyətini daha da pozacaq.
Bununla belə, Qruşko hesab edir ki, Avropanın təhlükəsizliyinin maraqları bu gün NATO-ya rəhbərlik edənləri az maraqlandırır: “Onlar üçün əsas odur ki, dünyada Qərb hegemonluğunu saxlamaq üçün onsuz da uduzmuş mübarizədə Amerikanın bu təsir alətini ayaqda saxlasınlar”.
Bundan əvvəl Şimali Atlantika Alyansı yanvarın 22-də 90 min hərbçinin iştirakı ilə son onilliklərin ən böyük “Steadfast Defender-2024” təliminin başladığını elan etmişdi.