Əhali təxliyə olunur
Rusiya işğalda saxladığı Ukraynanın Xerson vilayətinə girişi mülki vətəndaşlar üçün yeddi günlük bağlayıb. AYNA xəbər verir ki, bu barədə Xersonun “rəhbəri” Vladimir Saldo bildirib.
"Mülki əhalinin Xerson vilayətinə girişi 7 gün müddətinə bağlanır. Vilayətə giriş yalnız komendaturanın verdiyi buraxılış vərəqəsi ilə mümkün olacaq. Şəhərdəki bütün güc strukturları, hərbi-mülki idarə, bölmələr və bütün nazirliklər Dnepr çayının sol sahilə keçir”, - deyə Saldo vurğulayıb.
Onun sözlərinə görə, Xerson sakinlərinin 40%-i artıq bölgəni tərk edib.