Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

Dünya

22.01.2024 - 20:29

cedabet dərman SEO Xidməti

Ətrafdakı yaşayış binası və mağazaya ziyan dəyib

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub.

AYNA xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda yazıb.

O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib.

Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması üçün yerində işləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş