Ukrayna tərəfindən hələlik bu barədə rəsmi açıqlama yoxdur
Rusiya qoşunları Ukraynanın Soledar şəhərini nəzarətə götürüb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən nəzarətə götürülüb" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Ukrayna tərəfindən hələlik bu barədə rəsmi açıqlama yoxdur.