İki təyyarə 60 tonluq yüklə Misirə uçub
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) iki İl-76 təyyarəsi Qəzza zolağında mülki əhaliyə 60 ton humanitar yardım çatdıracaq. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
"Xüsusi yük Qəzzaya ehtiyacı olan mülki vətəndaşlara ərzaq, döşək və yastıqlar, həmçinin şəxsi gigiyena vasitələri çatdıracaq. Yardım Rusiya Prezidenti Vladimir Putinin göstərişi və Rusiya FHN rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə təşkil edilib”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, təyyarələr Qroznı Beynəlxalq Hava Limanından Misirə uçub və oradan humanitar yardım Qəzza zolağına yönləndiriləcək.