Rusiya ordusunun An-22 təyyarəsi qəzaya uğrayıb

Dünya

09.12.2025 - 14:55

Təyyarənin yeddi ekipaj üzvünün hamısı ölüb

Rusiya Müdafiə Nazirliyi An-22 hərbi-nəqliyyat təyyarəsinin İvanovo vilayətində qəzaya uğradığını təsdiqləyib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, An-22 hərbi-nəqliyyat təyyarəsi təmirdən sonra sınaq uçuşu zamanı həqiqətən də İvanovo vilayətində qəzaya uğrayıb.

Qəzaya uğrayan Rusiya hərbi-nəqliyyat təyyarəsinin ekipajının taleyi məlum olub.

“Mash” “Telegram” kanalının məlumatına görə, An-22-nin ekipaj üzvlərinin hamısı ölüb.

Təyyarədə yeddi ekipaj üzvü olub. Nəşrin məlumatına görə, xilasedicilər artıq pilotları və ya onların cəsədlərini axtarırlar.

Hələlik təyyarənin qəzaya uğradığı ərazidə - Uvodskoye su anbarında yalnız təyyarənin qalıqları tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş