8 nəfər ölüb, 27 nəfər yaralanıb
Rusiyanın Ukraynanın Odessa vilayətində yerləşən liman infrastrukturuna hücumu nəticəsində səkkiz nəfər ölüb.
AYNA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.
Qeyd olunub ki, hücum nəticəsində daha 27 nəfər yaralanıb.
Yaralılar arasında partlayışa məruz qalan avtobusda olan şəxslərin də olduğu bildirilir.