“Təyyarə planlı uçuş zamanı qəzaya uğrayıb”
Rusiyanın İl-76 Belqorod vilayətində qəzaya uğrayıb. AYNA xəbər verir ki, təyyarənin qəzaya uğraması xəbərini Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.
Nazirlikdən bildirilib ki, təyyarə planlı uçuş zamanı qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində əsir götürülmüş 65 ukraynalı hərbçi olub
Bildirilib ki, təyyarənin göyərtəsində əsir götürülmüş 65 ukraynalı hərbçi olub və onlar mübadilə üçün Belqorod vilayətinə aparılıb.
“Kreml göyərtəsində əsirlərin olduğu iddia edilən İl-76 hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatla məşğul olacaq”. TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təyyarə qəzası ilə bağlı açıqlamasında deyib.
Qeyd edək ki, yanvarın 24-də bir sıra “Telegram” kanalı İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması barədə məlumat yayıb. Daha sonra ehtimal olunan təyyarə qəzası yerindən foto yayımlanıb.