Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib

Dünya

25.10.2025 - 10:52

Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib

Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum edib. AYNA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.

Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.

Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş