Rusiya ilə İran arasında yeni saziş hazırlanır

Dünya

12.12.2023 - 15:02

cedabet dərman SEO Xidməti

Lavrov iranlı həmkarı ilə yeni ikitərəfli saziş üzərində işi müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan böyük ikitərəfli saziş üzərində işlərin sürətləndirildiyini açıqlayıblar. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat dərc olunub.

Lavrov telefon danışığı zamanı iranlı həmkarı ilə hərtərəfli xarakter daşıyan yeni dövlətlərarası sazişin hazırlanmasını müzakirə edib.

XİN-dən verilən məlumata görə, saziş yüksək hazırlıq səviyyəsindədir.

Tərəflər həmçinin dekabrın 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında aparılmış geniş danışıqların nəticələrini və ikitərəfli əməkdaşlığın digər aktual məsələlərini müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş