Rusiya ilə ABŞ münasibətləri kəsilmək riski altındadır

Dünya

16.11.2023 - 11:36

cedabet dərman SEO Xidməti

Rusiya XİN: “Rusofobiyanı qəbul etmiş Vaşinqtonun günahı ucbatından münasibətlər hədsiz dərəcədə zəifləyib”

Rusiya ilə ABŞ arasında münasibətlər Vaşinqtonun günahı ucbatından kəsilmək riski altındadır. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.

“Rusofobiyanı qəbul etmiş Vaşinqtonun günahı ucbatından münasibətlər hədsiz dərəcədə zəifləyib və hər an kəsilmək riski var”, - deyə nazirlikdən bildirilib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin yeni çoxqütblü dünya nizamının daha demokratik və ədalətli olacağını bildirmişdi. Onun sözlərinə görə, dünyada güclü iqtisadi, siyasi güc və təsir mərkəzləri formalaşır, onlar getdikcə özünü daha çox təsdiqləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş